Bakı. Trend:
“Saudi Aramco” neft şirkəti son dörd ayda ilk dəfə olaraq Asiyadakı alıcılar üçün iyun ayı neft qiymətlərini endirdi.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən bildirib.
Məlumatına görə, bu qərara enerji bazarının zəifləməsi və emal marjasının azalması səbəb olub.
"Arab Light" növü may tədarükləri üçün cari qiymətlərdən 0,25 dollar ucuzlaşacaq. Beləliklə, bu, Oman/Dubay bençmarkının qiymətindən bir barel üçün 2,55 dollar yüksək olacaq.