Bakı. Trend:
Sudan ordusu Səudiyyə Ərəbistanının Ciddə şəhərində çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) ilə danışıqların aparılacağını təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə Sudan Silahlı Qüvvələrinin sözçüsü açıqlama verib.
Onun sözlərinə görə, ordunun nümayəndə heyəti artıq Səudiyyə Ərəbistanına yollanıb.
"Böhranın əvvəlində təklif edilən Səudiyyə Ərəbistanı-ABŞ təşəbbüsünün bir hissəsi olaraq, Sudan Silahlı Qüvvələrindən nümayəndə heyəti atəşkəsin uzadılması ilə bağlı detalları müzakirə etmək üçün bu axşam Ciddəyə yola düşüb", - deyə açıqlamada bildirilir.