...

Özbəkistanda növbədənkənar prezident seçkiləri iyulun 9-na təyin olunub

Dünya xəbərləri Materials 8 May 2023 15:39 (UTC +04:00)

Bakı. Trend:

Özbəkistan Prezidentinin sərəncamı ilə vaxtından əvvəl prezident seçkiləri 9 iyul 2023-cü il tarixinə təyin olunub.

Trend bu barədə bazar ertəsi gazeta.uz portalına istinadən xəbər verir.

Daha əvvəl Özbəkistan Prezidenti Şavkat Mirziyoyev vaxtından əvvəl prezident seçkilərinin keçiriləcəyini açıqlayıb.

Şavkat Mirziyoyev, həmçinin bu qərarın zərurətini izah edib.

"Özünüz görürsünüz ki, Əsas Qanuna əsasən birincisi, hakimiyyətin bütün qolları yenidən formalaşmaqdadır, onların arasında münasibətlər və balans ciddi şəkildə dəyişməkdədir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, yenilənmiş Konstitusiya prezidentin, parlamentin, hakimiyyətin, nazirlərin, hakimlərin qarşısında təxirəsalınmaz yeni siyasi, sosial və iqtisadi vəzifələr qoyur.

"Xalqımız bizdən bütün sferalarda son dərəcə mühüm və aktual dəyişikliklər və islahatlar gözləyir", - deyə Şavkat Mirziyoyev qeyd edib.

"Dünyada və regionda kəskin və mürəkkəb proseslərin baş verdiyi hazırki vəziyyətdə ən aktual və mühüm məsələ düzgün və səmərəli inkişaf yolunun axtarışı və icrasıdır", - o deyib.

Xatırladaq ki, mayın 6-da Özbəkistanın seçki məcəlləsinə Prezident, Qanunverici Palata və Senat üzvlərinin seçkilərinin vaxtından əvvəl keçirilməsi ilə bağlı düzəlişlər olunmuşdu.

Xəbər lenti

Xəbər lenti