Bakı. Trend:
Müxalifət Türkiyə şəhərlərində təxribatlar törədir.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədirnə vilayətində keçirilən seçki mitinqində çıxışı zamanı bildirib.
Qeyd edək ki, mayın 7-də Türkiyənin Millət İttifaqının sədr müavini və İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlunun Ərzurumda keçirilən mitinqində daşlı hücum olub. İmamoğlunun çıxıs etdiyi avtobusa mitinqdə iştirak edən şəxslər tərəfindən daşla hücum edilib.