...

Xaricdəki FETÖ mənsubları CHP-nin reklamı ilə məşğuldurlar - Ərdoğan

Dünya xəbərləri Materials 8 May 2023 18:09 (UTC +04:00)

Bakı. Trend:

Xaricdəki FETÖ terror təşkilatı mənsubları Cumhuriyyət Xalq Partiyasının (CHP) reklamı ilə məşğuldurlar.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ölkənin Ədirnə Səlimiyə meydanında keçirilən mitinqdə deyib.

Məlumat üçün qeyd edək ki, 2016-cı il 15 iyulda Türkiyə Silahlı Qüvvələrinin tərkibinə sızan FETÖ terror təşkilatının üzvləri Ankara və İstanbulda dövlət çevrilişinə cəhd edib. 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın silahdan istifadə edilən çevriliş cəhdi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə meydanları dolduran vətəndaşların dəstəyi ilə aradan qaldırılıb.

Çevrilişin rəhbəri kimi uzun illərdir ABŞ-da yaşayan və din xadimi kimi tanıdılan Fətullah Gülən və tərafdarının adı çəkilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti