...

Səudiyyə Ərəbistanı neft hasilatını bir ay ərzində sutkada 1 milyon barel azaldacaq

Dünya xəbərləri Materials 5 İyun 2023 03:56 (UTC +04:00)
Səudiyyə Ərəbistanı neft hasilatını bir ay ərzində sutkada 1 milyon barel azaldacaq

Bakı. Trend:

Səudiyyə Ərəbistanı iyul ayından etibarən bir ay ərzində neft hasilatını daha da 1 milyon barel azaldacaq.

Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, əlavə neft hasilatının azaldılması müddəti uzadıla bilər.

Könüllü əlavə hasilatın azaldılması neft bazarlarında sabitliyi və tarazlığı qorumaq üçün OPEC+ ölkələrinin gördüyü ehtiyat tədbirlərini gücləndirmək məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti