...

Ötən ay Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı 550 milyon dolları ötüb

Dünya xəbərləri Materials 5 İyun 2023 11:03 (UTC +04:00)
Ötən ay Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı 550 milyon dolları ötüb

Bakı. Trend:

2023-cü ilin may ayında Türkiyə 554,4 milyon dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 67,8 faiz çoxdur.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin yanvar-may aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz artaraq 2 milyard dollara bərabər olub.” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2022-may 2023) Türkiyə 4,7 milyard dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti