...

Gürcüstanın Baş naziri Almaniya Kansleri ilə Cənubi Qafqaz regionundakı vəziyyəti müzakirə edib

Dünya xəbərləri Materials 9 İyun 2023 22:11 (UTC +04:00)
Gürcüstanın Baş naziri Almaniya Kansleri ilə Cənubi Qafqaz regionundakı vəziyyəti müzakirə edib

Bakı. Trend:

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Berlində Almaniya Kansleri Olaf Şolts ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyasından məlumat verilib.

Görüşdə dünyada gedən proseslər, yeni çağırışlar, o cümlədən Cənubi Qafqazda cərəyan edən hadisələr, sülh danışıqları, həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri diqqət mərkəzində olub.

İrakli Qaribaşvili, eyni zamanda, Gürcüstanın Avropaya inteqrasiya yolunda atdığı addımlar, həyata keçirilən islahatlar və Avropa Komissiyasının 12 tövsiyəsinin həyata keçirilməsində əldə olunan mühüm irəliləyişlər barədə Olaf Şoltsa ətraflı məlumat verib.

Söhbət zamanı dünyada və regionda təhlükəsizlik mühiti, Gürcüstanın Avroatlantik məkana inteqrasiyası və son illərdə əldə olunan irəliləyişlərə də toxunulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti