...

Fransa polisi PSJ klubunun müsəlman prezidentinin də evinə basqın etdi

Dünya xəbərləri Materials 6 İyul 2023 10:05 (UTC +04:00)

Bakı. Trend:

Fransa-Əlcəzair lobbiçisi Tayeb Benabderrahmanın oğurlanması, qanunsuz saxlanılması və işgəncələrə məruz qalması ilə bağlı aparılan istintaq çərçivəsində Paris Saint-Germain prezidenti, beIN Media Group-un rəhbəri Nasser Əl-Xelaifinin evinə basqın edilib.

Trend xəbər verir ki, "İstintaq orqanları əvvəldən olduğu kimi, səlahiyyətli orqanlarla tam əməkdaşlıq şəraitində onlara tam və şəffaf şəkildə verilmiş əlavə məlumat və giriş tələb edib", - PSJ prezidentinin sözçüsü bildirib.

Axtarış çərşənbə günü aparılıb, polisin Əl-Xelaifinin evində keçirdiyi tədbirlər nəticəsində PSJ-nin ispaniyalı yeni baş məşqçisi Luis Enrikenin təqdimatı üç saata təxirə salınıb.

Qeyd edək ki, Benabderrahman 2020-ci ilin yanvarında Qətərdə saxlanılıb, altı ay ev dustaqlığında olub, lakin sonra ona ölkəni tərk etməyə icazə verilib. Benabderrahmanın sözlərinə görə, onun əlində Əl-Xelaifiyə güzəştə gedən bir sıra sənədlər olub. Apreldə PSJ prezidentinin vəkilləri şərəf və ləyaqətin qorunması üçün məhkəməyə müraciət etmək niyyətində olduqlarını bəyan etmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti