...

Qətər və Türkiyə arasında əməkdaşlığı dərinləşdirməyi hədəfləyirik – Cevdet Yılmaz

Dünya xəbərləri Materials 9 İyul 2023 19:47 (UTC +04:00)
Qətər və Türkiyə arasında əməkdaşlığı dərinləşdirməyi hədəfləyirik – Cevdet Yılmaz

Bakı. Trend:

Qətər və Türkiyə arasında müdafiə və enerji sahəsində əməkdaşlığı dərinləşdirməyi hədəfləyirik

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Qətərə səfəri zamanı deyib.

"Səfərimiz zamanı müzakirə etdiyimiz yeni layihələrlə yanaşı, xüsusilə müdafiə sənayesi və enerji sahələrində əməkdaşlığımızı dərinləşdirməyi hədəfləyirik. İki ölkə arasında atılan addımlar bundan sonra daha da inkişaf edəcək və gələcəkdə daha da müsbət nəticələr verəcək” – deyə Yılmaz bildirib.

Məlumat üçün qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələrin 50-ci ildönümü qeyd edilib.

İndiyə qədər Türkiyə-Qətər arasındakı Ali Strateji Komitənin iclasında 95 saziş imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti