...

Litva hazırlığa başladı - “Patriot” sistemləri yerləşdirildi (FOTO)

Dünya xəbərləri Materials 10 İyul 2023 16:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Litvanın paytaxtı Vilnüsdə sabah başlayacaq NATO sammiti üçün Almaniyanın “Patriot” hava hücumundan müdafiə sistemləri artıq hava limanında yerləşdirilib.

Trend xəbər verir ki, aprel ayında Finlandiyanın iştirakı ilə sayı 31-ə yüksələn üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, İsveç, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya liderləri də sammitə qatılacaq.

Sammitdən öncə Litvanın paytaxtında yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, sammiti iyulun 11-12-də Vilnüsdə - Rusiya sərhədindən təxminən 300 kilometr aralıda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti