...

İsveçin Quranla bağlı qərarı hiddət doğurdu - Səfirlik binası yandırıldı

Dünya xəbərləri Materials 20 İyul 2023 10:39 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsveçdə Quranın yandırılmasına razılıq verilməsi İraqda hiddətlə qarşılanıb.

Trend xəbər verir ki, razılıq fonunda Bağdaddakı İsveç səfirliyinin binası yandırılıb.

Belə ki, dünən İsveç polisinin İraqın İsveçdəki səfirliyi qarşısında müqəddəs Quranın yandırılmasına icazə verməsindən sonra ölkənin Bağdaddakı səfirliyinin qarşısına toplaşan yüzlərlə etirazçı səfirliyin binasını yandırıb.

İsveçin Xarici İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama verib. Açıqlamada səfirlik əməkdaşlarının təhlükəsizlikdə olduğu və səhhətlərində problem olmadığı deyilir.

İraqın Xarici İşlər Nazirliyi hadisəni törədənlərin tutularaq cəzalandırılmasını tələb edib.

Qeyd edək ki, son zamanlar İsveçdə Quranı yandırma hadisələri dəfələrlə baş verib və bu addım bir çox müsəlman dövlətləri, o cümlədən, ABŞ tərəfindən qınanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti