...

Hindistanda torpaq 10 nəfəri "uddu"

Dünya xəbərləri Materials 20 İyul 2023 11:50 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın Maharaştra ştatında çox sayda insanın ölümü ilə nəticələnən sürüşmə olub.

Trend xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Hadisə cümə axşamı gecə Raiqad rayonunun İrsalvadi kəndində baş verib. Yağışlar nəticəsində torpaq sürüşməsi təpənin ətəyindəki evləri uçurub.

Nəticədə azı 10 nəfər ölüb, 100-dən çox adamın dağıntılar altında qaldığı güman edilir.

Daha əvvəl təxminən 5 nəfərin öldüyü, 30-dan çox insanın itkin düşdüyü bildirilirdi.

Telekanalın məlumatına görə, palçıq 30-a yaxın evi əhatə edib. İndiyədək 75 nəfəri xilas etmək mümkün olub.

Xilasetmə əməliyyatında 80 km aralıda yerləşən Mumbaydan, eləcə də, ştatın digər şəhərlərindən əlavə qüvvələr iştirak edir. Qəsəbə ucqar ərazidə yerləşdiyindən ora gedən yeganə yol bir kilometr uzunluğunda piyada cığırıdır ki, bu da xilasedicilərin işini çətinləşdirir. Bundan əlavə, bölgədə yağış hələ də davam edir, meteoroloqlar davam edən yağış səbəbindən qırmızı həyəcan səviyyəsi elan edib.

Maharaştra hökuməti və Hindistanın mərkəzi hökuməti fövqəladə vəziyyətdən xəbərdardır. Ştat hakimiyyəti qurbanların yaxınlarına 6 min dollar ödəyəcəklərini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti