...

İlon Mask bir gündə 20,3 milyard dollar itirdi

Dünya xəbərləri Materials 21 İyul 2023 12:14 (UTC +04:00)
İlon Mask bir gündə 20,3 milyard dollar itirdi

Bakı. Trend:

İlon Mask sahib olduğu elektrikli avtomobil şirkəti “Tesla”nın səhmlərinin 9,7 % düşməsindən sonra cümə axşamı günü 20,3 milyard dollar itirib.

Trend xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Maskın sərvəti 234,4 milyard dollaradək azalıb. Tesla səhmlərinin ucuzlaşmasına səbəb sahibkarın açıqlaması olub. O deyib ki, şirkət öz məhsullarının qiymətlərini aşağı salmağa davam etmək məcburiyyətində qala bilər.

Buna baxmayaraq, amerikalı biznesmen dünyanın ən zəngin insanı qalmaqda davam edir. Onun sərvəti reytinqdə 2-ci olan “Louis Vuitton Moet Hennessy” şirkətlər qrupunun sahibi Bernar Arnodan 33 milyard dollar daha çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti