...

Moskvanın üç hava limanında 22 reys təxirə salındı

Dünya xəbərləri Materials 24 İyul 2023 11:29 (UTC +04:00)

Bakı. Trend:

Moskvanın üç hava limanında 22 reys təxirə salınıb.

Trend TASS-a istinadən xəbər verir ki, Vnukovo hava limanında beş reys təxirə salınıb, üçü ləğv olunub. Domodedovo hava limanında doqquz təyyarə reysi təxirə salınıb, biri ləğv edilib. Şeremetyevo hava limanında üç reys təxirə salınıb, biri ləğv edilib.

Jukovski hava limanı ilə bağlı hələ xəbər yoxdur.

Paytaxtın hava limanlarında təyyarələrin uçuş vaxtının kütləvi şəkildə dəyişdirilməsinin səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti