...

İƏT Quranın təhqir olunması ilə əlaqədar növbədənkənar iclas keçirəcək

Dünya xəbərləri Materials 26 İyul 2023 11:27 (UTC +04:00)
İƏT Quranın təhqir olunması ilə əlaqədar növbədənkənar iclas keçirəcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı Quranın təhqir olunması ilə əlaqədar fövqəladə iclas keçirəcək.

Trend xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani açıqlama verib.

N.Kənaninin açıqlamasında İran və İraqın təklifi ilə İslam Əməkdaşlıq Təşkilatının İsveç və Danimarkada Qurana qarşı edilən təhqirlərlə əlaqədar bazar ertəsi fövqəladə iclas keçirəcəyi deyilir.

Kənaninin sözlərinə görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan məsələ ilə bağlı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri ilə danışıqlar aparıb.

"İslam Əməkdaşlıq Təşkilatına rəsmi iclas üçün sorğu göndərilib. Qurana qarşı təhqirlər səbəbindən bu növbədənkənar iclasın bazar ertəsi onlayn keçirilməsinə qərar verilib", - o deyib.

Xatırladaq ki, iyunun 28-də Salvan Momika adlı şəxs İsveçin Stokholm şəhərində polisin icazəsi ilə Qurani Kərimi yandırıb. Daha sonra isə İraqın Stokholmdakı səfirliyi qarşısında Qurani Kərimi və İraq bayrağını tapdalayaraq islam dinini təhqir edib.

Bu hadisə bir çox müsəlman ölkələrində, o cümlədən İraqda hiddət doğurub, həmçinin digər qeyri-müsəlman dövlətlər tərəfindən qınanılıb.

Ötən həftə isə Danimarkanın Kopenhagen şəhərində İraq səfirliyinin qarşısında Danske Patrioter (Danimarkalı Vətənpərvərlər) adlı qrup Qurani Kərimin yandırıldığını və İraq bayrağının tapdalandığını göstərən videonu sosial mediada paylaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti