Bakı. Trend:
İstanbulun Sarıyer rayonunda yerləşən qocalar evində yanğın baş verib.
Trend xəbər verir ki, hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib.
Qocalar evinin sakinləri təhlükəsiz əraziyə təxliyə edilib.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hazırda soyutma işləri aparılır.
Faktla bağlı araşdırma başlanılıb.