...

Bu ölkə Ukraynaya 100 milyon dollar yardım ayırdı

Dünya xəbərləri Materials 28 İyul 2023 20:23 (UTC +04:00)
Bu ölkə Ukraynaya 100 milyon dollar yardım ayırdı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qətər Ukraynada humanitar böhranın aradan qaldırılması üçün 100 milyon dollar, həmçinin Afrika ölkələrini ərzaqla təmin etmək üçün 20 milyon dollar ayırıb.

Trend xəbər verir ki, bu barədə Qətərin baş naziri Muhammed bin Abdulrahman Al-Tani ukraynalı həmkarı Denis Şmıqalla Kiyevdə birgə keçirdikləri mətbuat konfransında bildirlib.

"Dövlətimizin başçısı baş verən böhranın aradan qaldırılması üçün vəsait ayırmağa hazırdır və artıq 100 milyon dollar ayırıb. Bu vəsaitin dağıdılan infrastrukturun bərpası və zərər görən bölgələrdə əhalinin şirin və içməli su ilə təmin olunmasına sərf olunacağı gözlənilir", - deyə baş nazir əlavə edib.

Ukraynanın baş naziri öz növbəsində həmkarına humanitar dəstəyə görə minnətdarlığını bildirib və vəsaitin tibbi təminat, təhsil, humanitar minatəmizləmə və digər humanitar layihələrə sərf olunacağını qeyd edib.

Qeyd edək ki, Qətərin baş naziri Muhammed bin Abdulrahman Al-Tani iyulun 28-də Qətərə səfər edib. Baş nazir ukraynalı həmkarı Denis Şmıqalla və xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti