Bakı.Trend:
İstanbuldakı Suriya vətəndaşlarının ölkələrinə qayıtması üçün 24 sentyabr tarixinə qədər vaxt verilib.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi məlumat yayıb.
"6 fevral 2023-cü il tarixində baş verən zəlzələdən zərər çəkmiş vilayətlərdən gələn və daha əvvəl yol icazəsi almış müvəqqəti qoruma altında olan Suriya vətəndaşı olan əcnəbilərin ikinci elana qədər qalmalarına icazə veriləcək", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, hazırda Türkiyədə 3 milyon 329 min 516 suriyalı yaşayır.