...

Si Cinpin Çin ordusunun modernləşdirilməsini sürətləndirməyi əmr edib

Dünya xəbərləri Materials 31 İyul 2023 02:33 (UTC +04:00)
Si Cinpin Çin ordusunun modernləşdirilməsini sürətləndirməyi əmr edib

Bakı. Trend:

Çin Xalq Respublikasının Sədri Si Cinpin Qərb Döyüş Komandanlığı Zonasında olarkən Çin Xalq Azadlıq Ordusunun modernləşdirilməsi prosesini sürətləndirməyi əmr edib.

Trend-in məlumatına görə, bu barədə Sinxua xəbər agentliyi məlumat yayıb.

O, ordunun döyüş qabiliyyətini artırmaq üçün müasir texnikanın tətbiqinin zəruriliyini qeyd edib.

“Yeni dövrdə güclü ordunun yaradılması ilə bağlı ideyaları həyata keçirmək, ölkəmizin silahlı qüvvələrinin modernləşdirilməsi prosesini sürətləndirmək lazımdır", - deyə Çin lideri vurğulayıb.

Çin Xalq Respublikasının Sədrinin sözlərinə görə, çinli əsgərlər real döyüş təlimləri vasitəsilə öz bacarıqlarını təkmilləşdirməlidirlər. O xatırladıb ki, əsgər və zabitlər də ideoloji-siyasi hazırlığa böyük diqqət yetirməyə borcludurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti