...

Peruda avtobus uçurumdan aşıb, 15 nəfər ölüb

Dünya xəbərləri Materials 31 İyul 2023 07:53 (UTC +04:00)
Peruda avtobus uçurumdan aşıb, 15 nəfər ölüb

Bakı. Trend:

Perunun şimal-qərbində avtobusun uçurumdan aşması nəticəsində azı 15 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "RPP" radio stansiyası məlumat verib.

Məlumata əsasən, San Martin departamentindən Tumbes bölgəsinə gedən avtobusda 50 sərnişin və 2 sürücü olub. 20-dən çox insan xəsarətlə xəstəxanalara çatdırılıb.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Peru Quru Nəqliyyat İdarəsi araşdırmaya başladığını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti