...

Bu ölkə Danimarka və İsveç səfirlərini XİN-ə çağırdı

Dünya xəbərləri Materials 1 Avqust 2023 19:41 (UTC +04:00)
Bu ölkə Danimarka və İsveç səfirlərini XİN-ə çağırdı

Bakı. Trend:

Danimarka və İsveç səfirləri həmin ölkələrdə Qurani-Kərimin təhqir olunması ilə əlaqədar İndoneziya Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziya tərəfi bu hərəkətləri qətiyyətlə pisləyərək mövqeyini açıq şəkildə diplomatik nümayəndəliklərin rəhbərlərinə çatdırıb.

İndoneziyanın xarici siyasət idarəsi həmin aksiyaların təşkilatçılarının ədalətli şəkildə cəzalandırılacağını gözlədiyini vurğulayıb.

"Baş verənlər ifadə azadlığının təzahürü kimi şərh edilə bilməz, çünki onlar böyük fəsadlara gətirib çıxarır. İndoneziya bu cür düşünən yeganə ölkə deyil, bir çox dövlətlər oxşar nöqteyi-nəzərdən çıxış ediblər”, - deyə XİN-dən bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti