...

Bu ölkədə Quranın yandırılmasına yenidən icazə verildi

Dünya xəbərləri Materials 3 Avqust 2023 09:24 (UTC +04:00)
Bu ölkədə Quranın yandırılmasına yenidən icazə verildi

Bakı. Trend:

İsveç polisi Quranın yandırılması ilə yeni aksiyaya icazə verib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, aksiya avqustun 3-də Stokholmda baş tutacaq.

Məlumata görə, adı açıqlanmayan qadın aksiyanı təşkil etməkdə məqsədinin Quranın bir çox insanın həyatına son qoyması olduğunu bildirib.

“Ümid edirəm ki, bütün dünya bu sözləri eşidəcək, çünki dinin siyasət olduğunu qəbul etmək vacibdir. Din yaratmaq bir biznesdir”, - deyə qadın qeyd edib.

Qeyd edək ki, iyunun sonunda İsveç polisi müsəlmanların Qurban bayramının ilk günündə Stokholmun əsas məscidində “Quran”ın yandırılması ilə etiraz aksiyasına da icazə vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti