Bakı. Trend:
Gürcüstanın Şovi kurortunda baş verən faciə ilə əlaqədar avqustun 7-si matəm günü elan edilib.
Trend Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Baş nazir İrakli Qaribaşvili bəyan edib.
Qeyd edək ki, Şovidəki sürüşmə nəticəsində 7 nəfər ölüb. Torpaq altında qalan 30 nəfərin axtarışları davam edir.
Baş nazir torpaq sürüşməsinin baş verdiyi Şovi kurortuna gedib. Uşaqlar da daxil olmaqla, 140 nəfər təxliyə edilib.