Bakı. Trend:
Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin qərarına əsasən, 2023-cü il avqustun 7-i Oni bələdiyyəsinin Şovi kurort zonasında baş vermiş təbii fəlakət nəticəsində həlak olanların xatirəsinə matəm günü elan edilib.
Trend xəbər verir ki, avqustun 7-si saat 00:00-dan avqustun 8-i saat 00:00-dək Gürcüstanın bütün ərazisində ölkənin dövlət bayraqları yarıya qədər endirilib.
Xatırladaq ki, avqustun 3-də Şovidə torpaq sürüşməsi baş verib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 18 nəfər ölüb, 17 nəfər itkin düşüb.