...

Dərincə limanında diversiya ehtimalı zəifdir - Türkiyə Taxıl Şurasının rəhbəri

Dünya xəbərləri Materials 8 Avqust 2023 12:36 (UTC +04:00)
Dərincə limanında diversiya ehtimalı zəifdir - Türkiyə Taxıl Şurasının rəhbəri
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə hökuməti Kocaeli şəhərində yerləşən Dərincə limanında ötən gün baş verən partlayışın səbəbinin diversiya ola biləcəyini istisna etmir, lakin bu zəif versiyadır.

Trend xəbər verir ki, bunu Türkiyə Taxıl Şurasının baş direktoru Ahmet Güldap "CNN Türk" telekanalına açıqlamasında deyib.

"Limanda gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür. İstər dövlət məmuru olsun, istər əməkdaş, yoxlanışdan keçməyən şəxslər oraya buraxılmır. Əlbəttə, bütün versiyalar dəyərləndirilir. Lakin diversiya versiyası ən zəif ehtimaldır", - o deyib.

A.Güldap limandakı partlayışın səbəbinə dair yekun rəyin hələ olmadığını, mütəxəssislərin videomüşahidə kameralarının qeydlərini və hadisəyə dair digər məlumatları araşdırdıqlarını qeyd edib. O limanda 60 elevatorun olduğunu və onlardan 13-nün partlayışdan zərər çəkdiyini bildirib.

Qeyd edək ki, dünən Türkiyənn Kocaeli şəhərindəki Dərincə limanının taxıl anbarında partlayış baş verib. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti