...

İrəvanla Tehran arasında enerji sazişinin müddəti uzadıldı (FOTO)

Dünya xəbərləri Materials 10 Avqust 2023 17:10 (UTC +04:00)
İrəvanla Tehran arasında enerji sazişinin müddəti uzadıldı (FOTO)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İrəvan və Tehran həcmləri artırmaqla "elektrik enerjisi müqabilində qaz" müqaviləsinin müddətini 2030-cu ilədək uzadıb.

Trend bu barədə erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, sənəd "İrəvan İES" QSC-nin direktoru Aram Kazaryan və İranın milli qaz şirkətinin rəhbəri Məcid Çegeni tərəfindən imzalanıb.

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan sövdələşməni əlverişli hesab edib. Onun fikrincə, bu saziş İran qazının idxalının və erməni elektrik enerjisinin ixracının artması üçün imkanlar açır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti