...

El Ninyo iqlim fenomeni insanların sağlamlığına ciddi təsir - ÜST-dən XƏBƏRDARLIQ

Dünya xəbərləri Materials 11 Avqust 2023 16:16 (UTC +04:00)
göstərəcək
El Ninyo iqlim fenomeni insanların sağlamlığına ciddi təsir - ÜST-dən XƏBƏRDARLIQ
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

El Ninyo iqlim fenomeni bu il bütün dünyada insanların sağlamlığına ciddi təsir göstərəcək.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məruzəsində deyilib.

"Davam edən El Ninyo fenomeni böyük ehtimalla qlobal miqyasda sağlamlıq üçün geniş nəticələrə malik olacaq", - sənəddə qeyd edilib.

Məruzədə, həmçinin, yaxın aylarda ən ciddi təhdidlərin ərzaq çatışmazlığı ilə bağlı olacağı qeyd olunub.

ÜST müxtəlif xəstəliklərin, o cümlədən, malyariya və vəbanın inkişaf ehtimalının yüksək olduğunu hesab edib.

Qeyd edək ki, bundan əvvəl Ümumdünya Meteorologiya Təşkilatının verdiyi proqnoza görə, növbəti beş il ərzində qlobal temperatur rekord həddə çatacaq. Bunun səbəbləri olaraq istixana qazları və okean cərəyanlarının fazasının La Ninyadan El Ninyoya keçməsi göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti