...

İranda benzin qıtlığı yaşanır

Dünya xəbərləri Materials 16 Avqust 2023 14:10 (UTC +04:00)
İranda benzin qıtlığı yaşanır
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın müxtəlif şəhərlərində, o cümlədən Tehran, Kirman, Kərəc, Kirmanşah və digər şəhərlərdə benzin qıtlığı yaşanır.

Trend-in məlumatına görə, bu barədə sosial şəbəkə istifadəçiləri və sürücülər paylaşımlar ediblər.

İranda dövlət mediaları isə yanacaq çatışmazlığının mövcud olmadığını və bəzi yanacaq doldurma məntəqələrində uzun növbələrin yaranmasını vətəndaşların yay səfərləri ilə əlaqələndiriblər.

Ölkədə benzin ehtiyatının hazırda təxminən 500 milyon litr olduğu bildirilib. Bu isə İranın sadəcə 4 günlük ehtiyacını təmin edə bilər.

Gündəlik benzin istehsalının 110 milyon litrdən çox olduğu bildirilib.

Qeyd edək ki, son günlər İran rəsmilərinin benzinin qiymətinin artmayacağı ilə əlaqədar açıqlama vermələrinə baxmayaraq, qiymətin artımı ilə əlaqədar şayiələr dolaşmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti