...

Hindistanda güclü yağışlar 72 nəfərin ölümünə səbəb oldu

Dünya xəbərləri Materials 17 Avqust 2023 16:17 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında musson yağışları nəticəsində yaranan daşqın və torpaq sürüşmələrində ölənlərin sayı artır.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Himaçal Pradeş ştatının təcili yardım mərkəzinin verdiyi məlumata görə, sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 72-yə çatıb.

Qeyd edək ki, palçıq və dağıntı altında qalanların axtarış-xilasetmə işləri davam etdirilir. Hindistan Hava Departamenti isə əyalətdə yüksək səviyyəli xəbərdarlıq verərkən yağışların yaxın günlərdə də davam edəcəyi barədə bildirib.

Yolların bağlandığı və bir çox evin su altında qaldığı və ya dağıldığı ştatda ölənlərin sayının artacağı istisna edilmir.

Hindistan Hərbi Hava Qüvvələri və təbii fəlakətdən xilasetmə qrupları hadisə ərazisində qalanları təxliyə etmək üçün hərəkətə keçiblər. Əyalət baş naziri Suxvinder Sinq Suxu 2000-dən çox insanın helikopter və motorlu qayıqlarla təxliyə edildiyini və təhlükəsiz ərazilərdə qurulan yardım düşərgələrinə göndərildiyini bildirib. Daşqın və sürüşmənin infrastruktura vurduğu ziyanın aradan qaldırılmasının təxminən 1 il çəkəcəyini bildirən Suxu təxmin edilən itkilərin 100 milyard rupi olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti