...

Putinlə Rəisinin telefon danışığı olub

Dünya xəbərləri Materials 17 Avqust 2023 20:51 (UTC +04:00)
Putinlə Rəisinin telefon danışığı olub

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı İran lideri Rusiya prezidentinə Dağıstan Respublikasının Mahaçqala şəhərində baş vermiş partlayışda həyatını itirənlərlə bağlı başsağlığı verib.

Putin də öz növbəsində iranlı həmkarına Şirazda məsciddə baş vermiş terror aktına görə başsağlığı verib.

Tərəflər, həmçinin, hər iki ölkənin siyasi, iqtisadi, energetika, nəqliyyat - logistika və digər sahələrdə qarşılıqlı əməkdaşlığını müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti