Bakı. Trend:
Rusiyalı akademik, sovet planetlərarası və Ay proqramının həmmüəlliflərindən biri xəstəxanalıq olub.
Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, buna səbəb Rusiyanın Aya göndərdiyi “Luna-25” avtomatik stansiyasının qəzaya uğramasıdır.
Bildirilib ki, akademik Mixail Marov missiyanın uğursuzluğuna dözə bilməyib.
Halı pisləşən 90 yaşlı alim xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Rusiya 1976-cı ildən bu yana Aya ilk kosmik gəmi göndərib. “Luna-2”5 avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən “Vostoçnıy” kosmodromundan "Soyuz 2.1b" raketi ilə buraxılıb.
Onun təxminən 1 il müddətində Ayda araşdırma aparacağı, kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirini araşdıracağı planlaşdırılırdı. Avqustun 19-da Rusiya Federal Kosmik Agentliyi “Luna-25” stansiyasının Ay səthinin ilk fotoşəkilini çəkdiyini açıqlamışdı.