...

Cənubi Koreya Polşa əsgərlərinə təlim keçir

Dünya xəbərləri Materials 23 Avqust 2023 10:32 (UTC +04:00)
Cənubi Koreya Polşa əsgərlərinə təlim keçir
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreya Polşa əsgərlərinə K239 "Chunmoo" yaylım atəşli reaktiv sistemi (YARS) ilə davranış üzrə təlim keçir.

Trend xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Polşa ilə Cənubi Koreya arasında K239 "Chunmoo" yaylım atəşli reaktiv qurğuların satın alınması üzrə müqavilə 2022-ci ildə imzalanıb. Müqavilədə hərbi sursat, logistika və təlim paketi ilə təminat da nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl Polşanın müdafiə naziri Mariuş Blaşak Cənubi Koreya istehsalı olan K239 "Chunmoo" yaylım atəşli reaktiv sisteminin Polşaya çatdırıldığını, bir neçəsinin isə il sonunadək tədarük olunacağını bildirib.

Polşanın Cənubi Koreyaya K239 "Chunmoo" YARS ilə yanaşı, K2 "Black Panther" tankları, K9 özüyeriyən haubitsalar və FA-50 yüngül döyüş təyyarələri də sifariş verdiyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti