Bakı. Trend:
ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin şəxsi nümayəndəsi Anjey Kaspşik İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüş keçirib.
Trend xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədində yerləşən Laçın yolunu müzakirə ediblər.