...

İsveç Quranın yandırılmasına qadağa qoymaqdan imtina etdi

Dünya xəbərləri Materials 26 Avqust 2023 13:13 (UTC +04:00)
İsveç Quranın yandırılmasına qadağa qoymaqdan imtina etdi
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsveç hakimiyyəti Danimarkanın ardınca dini kitabların yandırılmasını qadağan etməyi planlaşdırmır.

Trend xəbər verir ki, bu barədə İsveçin baş naziri Ulf Kristersson deyib.

Onun sözlərinə görə, bunun üçün ölkənin konstitusiyasına düzəliş etmək tələb olunur.

Xatırladaq ki, iyunun 28-də Salvan Momika adlı şəxs İsveçin Stokholm şəhərində polisin icazəsi ilə Qurani-Kərimi yandırıb. Daha sonra isə İraqın Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi və İraq bayrağını tapdalayaraq, İslam dinini təhqir edib.

Bu hadisədən bir müddət sonra Danimarkanın Kopenhagen şəhərində İraq səfirliyinin qarşısında Danske Patrioter (Danimarkalı Vətənpərvərlər) adlı qrup Qurani-Kərimin yandırıldığını və İraq bayrağının tapdalandığını göstərən videonu sosial mediada paylaşıb.

Bu hadisələr bir çox müsəlman dövlətləri, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının (BMT) İnsan Hüquqları Şurası, Avropa İttifaqı (Aİ) tərəfindən qınanılıb. İslam Əməkdaşlıq Təşkilatı Quranın təhqir olunması ilə əlaqədar olaraq fövqəladə iclas keçirib.

İƏT iclasından sonra verilən açıqlamada İsveç və Danimarkada Qurani-Kərimi təhqir edən hərəkətlər şiddətlə qınanıb.

Ötən gün isə Danimarkanın ədliyyə naziri Peter Hammelqaard ölkədə Quranın yandırılmasının qadağan olunacağını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti