Bakı. Trend:
Manisada sənaye sahəsində yanğın baş verib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, yanğın zamanı yeddi nəfər xəsarət alıb.
Məlumat üçün qeyd edək ki, Manisa Böyükşəhər Bələdiyyəsinə aid 25 yanğınsöndürən maşını və İzmir Meşə Region Müdirliyinə bağlı üç su çiləyicisi və yeddi su tankeri ilə müdaxilə edilən yanğın təxminən 3 saat ərzində nəzarətə götürülüb.