...

Yunanıstanla münasibətlərimizdə yeni dövr başlayır - Hakan Fidan

Dünya xəbərləri Materials 5 Sentyabr 2023 16:04 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstanla münasibətlərimizdə yeni dövr başlayır.

Trend xəbər verir ki, bunu Yunanıstanlı həmkarı Yorgo Gerapetritislə Ankarada görüşdən sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Təkbətək görüşdən sonra mətbuata bəyanatlarla çıxış edən Hakan Fidan və Yorgo Gerapetritis yaxın gələcəkdə iki ölkə liderinin görüşünə hazırlıq prosesinin davam etdiyini bildirib.

Yaxın gələcək üzrə yol xəritəsi üzərində çalışdıqlarını deyən Hakan Fidan, Türkiyənin Yunanıstanla əlaqələrini inkişaf etdirməyə hazır olduğunu bildirib.

Yunanıstanın xarici işlər naziri də öz növbəsində Türkiyənin Avropa İttifaqına üzvlüyü üçün Yunanıstanın əlindən gələn köməkliyi göstərməyə hazır olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti