Bakı. Trend:
Tayvanda bu ilin əvvəlindən bəri aşkar edilən danq qızdırması ilə xəstələnənlərin sayı 4,3 mini keçərək səkkiz ildə yeni maksimuma çatıb.
Trend-in məlumatına görə, bu barədə Tayvanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi bildirib.
Məlumata əsasən, avqustun 29-dan sentyabrın 4-dək olan həftədə 1,3 mindən çox yeni xəstəliyə yoluxma halı aşkar edilib. Ən ağır epidemioloji vəziyyət Tainan şəhərindədir - onun payına xəstələnənlərin 87% -dən çoxu düşür.
Bildirilib ki, bu günə qədər adanın rayonlarının yarısında qızdırma halları qeydə alınıb.