...

Rəsmi Moskvadan ABŞ-Ermənistan birgə təlimləri barədə AÇIQLAMA

Dünya xəbərləri Materials 6 Sentyabr 2023 14:13 (UTC +04:00)
Rəsmi Moskvadan ABŞ-Ermənistan birgə təlimləri barədə AÇIQLAMA
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan ərazisində ABŞ-Ermənistan birgə təlimlərinin keçiriləcəyinə dair informasiya Kremldə narahatlıq doğurub.

Trend Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Şübhəsiz, bu cür xəbərlər xüsusən indiki vəziyyətdə narahatlıq doğurur. Bu səbəbdən bu xəbərləri dərindən təhlil edərək vəziyyəti izləyəcəyik", - o deyib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın Müdafiə Nazirliyi ABŞ-Ermənistan birgə təlimlərinin keçiriləcəyi barədə bəyanat yayıb.

Məlumata görə, təlimlər 11-20 sentyabr tarixlərində Ermənistan ərazisində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti