Bakı. Trend:
İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) uranın zənginləşdirilməsi ilə bağlı obyektlərdə yoxlamalar aparan bir neçə agentlik müfəttişinin akkreditasiyasını ləğv etmək qərarı barədə məlumatlandırıb.
Trend-in məlumatına görə, bu barədə BAEA-nin rəhbəri Rafel Qrossi deyib.
BAEA rəhbərinin bəyanatında vurğulanıb ki, bu müfəttişlər agentliyin görkəmli ekspertləridir və zənginləşdirmə texnologiyaları sahəsində unikal biliklərə malikdirlər. Onlar İranda BAEA-nin mühafizəsi altında olan uranın zənginləşdirilməsi obyektlərində yoxlamalar zamanı mühüm tapşırıqlar yerinə yetiriblər.
R.Qrossi həmçinin qeyd edib ki, İranın belə bir addımı BAEA-nin ölkədə yoxlamalar aparmaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq, çünki bu, İranda işləmək üçün təyin edilmiş böyük təcrübəyə malik əsas müfəttişlərin təxminən üçdə birini işdən çıxarılması dəməkdir.