...

Ermənistanda etiraz aksiyalarında 36 nəfər yaralanıb

Dünya xəbərləri Materials 20 Sentyabr 2023 12:34 (UTC +04:00)
Ermənistanda etiraz aksiyalarında 36 nəfər yaralanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda etiraz aksiyaları davam edir və yaralananların sayı artıb.

Trend erməni mediasının yaydığı xəbərə istinadən bildirir ki, Nazirlər Kabinetinin binasının qarşısında keçirilən etiraz aksiyası zamanı yaralananların sayı 36-ya çatıb.

Yaralananlardan bir hissəsi xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Ermənistanda etiraz aksiyalarında 16 nəfər tutulub. Onlardan 11 nəfər hökumət binasının qarşısında, 5 nəfər isə Rusiyanın İrəvandakı səfirliyinin qarşısında saxlanılıb.

Xatırladaq ki, dünən İrəvanda hökümət binasının qarşısında etiraz aksiyası keçirilib. Hökumət evinin qarşısında çadır quran etirazçılar Paşinyan istefa verənə qədər orada qalacaqlarını deyiblər.

Bundan başqa, etirazçılar Rusiyanın İrəvandakı səfirliyinin qarşısında da toplaşaraq səfirliyin girişini bloklayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti