Bakı. Trend:
ABŞ Ermənistan üçün 11,5 milyon dollar humanitar yardım ayıracaq.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (İSAID) rəhbəri Samanta Pauer Zəngəzurda jurnalistlərə deyib.
Onun sözlərinə görə, vəsait Azərbaycanın Qarabağ bölgəsini könüllü olaraq tərk edən erməni sakinlərin qida və sosial təminatı üçün ayrılacaq.
Qeyd edək ki, Azərbaycan mərkəzi hakimiyyəti ilə Qarabağ erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüşlərə əsasən, Azərbaycan erməni sakinlərə müxtəlif formalarda yardımlar göstərir.