...

Ərdoğanla Tokayev arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 2 Oktyabr 2023 15:57 (UTC +04:00)
Ərdoğanla Tokayev arasında telefon danışığı olub

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətlər, regional və qlobal məsələlər barədə müzakirələr aparıb.

Bundan əlavə, hər iki lider noyabrda Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Zirvə toplantısının gündəliyinə daxil ola biləcək məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti