Bakı. Trend:
Qəzzada HƏMAS-ın Hərbi Hava Qüvvələrinin rəhbərini məhv edilib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, İsrailin Müdafiə Ordusu HƏMAS-ın “rəhbərlərindən” olan Murad Əbu Muradı məhv edib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.