...

Türkiyədə Qəzzaya görə 3 günlük matəm elan olunub (YENİLƏNİB)

Dünya xəbərləri Materials 19 Oktyabr 2023 00:55 (UTC +04:00)
Türkiyədə Qəzzaya görə 3 günlük matəm elan olunub (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə Qəzzaya görə 3 günlük milli matəm elan olunub.

Trend xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı “Rəsmi Qəzetdə” dərc olunub.

XXX

17:10

Türkiyədə Qəzzaya görə 3 günlük matəm elan ediləcək.

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd edilib ki, türkiyəli deputat Özlem Zengin Qəzzada Əl Ehli Baptist Xəstəxanasını bombalanması nəticəsində 500 nəfərin həyatını itirdiyi hücumla əlaqədar Prezident Sərəncamı ilə 3 günlük milli matəm elan ediləcəyini bildirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti