...

Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edəcək

Dünya xəbərləri Materials 4 Noyabr 2023 07:48 (UTC +04:00)
Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edəcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen noyabrın 4-də, şənbə günü Kiyevə səfər edəcək.

Trend-in məlumatına görə, bunu Ukraynanın “Strana” nəşri Ukrayna hökumətindəki mənbəyə istinadən xəbər verib. Bildirilib ki, səfər zamanı ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanması ilə əlaqədar heç bir açıqlama verilməyəcək.

Qeyd edək ki, Ali Radanın deputatı Aleksey Qonçarenko cümə günü Avropa Komissiyasının rəhbərinin Kiyevə Aİ-yə daxil olmaq üzrə danışıqların başlanması ilə bağlı “Ukrayna üçün müsbət xəbər”lə gələcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti