...

Hamburq hava limanı silahlı insident səbəbindən bağlanıb

Dünya xəbərləri Materials 5 Noyabr 2023 05:15 (UTC +04:00)
Hamburq hava limanı silahlı insident səbəbindən bağlanıb

Bakı. Trend:

Almaniyada Hamburq hava limanı silahlı şəxsə görə müvəqqəti bağlanıb.

Trend xəbər verir ki, Hamburq hava limanında uçuş-enmə zolağına “Audi” markalı avtomobillə basqın edən silahlı şəxs dörd yaşlı uşağı girov saxlayır.

Məlumata görə, o, odlu silahdan iki dəfə atəş açıb və hava limanına molotov kokteyli atıb.

Hamburq polisi xüsusi əməliyyata başladığını elan edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti