...

Zelenski Ukraynadakı seçkilərə hazırda uyğun vaxtın olmadığını deyib

Dünya xəbərləri Materials 7 Noyabr 2023 02:08 (UTC +04:00)
Zelenski Ukraynadakı seçkilərə hazırda uyğun vaxtın olmadığını deyib
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski indi seçki keçirməyin vaxtı olmadığını deyib və “bu mövzunu cəmiyyətə atmağı dayandırmağı” tələb edib.

Trend-in məlumatına görə, bu barədə V.Zelenski video müraciəti zamanı deyib.

"Hamımız başa düşürük ki, indi, müharibə şəraitində, çoxlu çətinliklərin olduğu bir vaxtda, seçki mövzusunu nədənsə qeyri-ciddi, oynaq, cəmiyyətə atmaq tamamilə məsuliyyətsizlikdir", - deyə o qeyd edib.

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq Ukraynada Prezident seçkiləri 2024-cü il martın sonunda keçirilməlidir.

Ukrayna konstitusiyasına görə, hərbi vəziyyət zamanı seçkilərin keçirlməsi qadağandır. Zelenski dəfələrlə bəyan edib ki, prezident seçkiləri yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra keçirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti