...

İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasına razılıq verib

Dünya xəbərləri Materials 7 Noyabr 2023 12:35 (UTC +04:00)
İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasına razılıq verib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasının zəruri olduğu ilə razılaşıb.

Trend xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu deyib.

Məlumata görə, Netanyahu İsrail hakimiyyətinin humanitar yardımın çatdırılmasına razı olduğunu və amerikalı tərəfdaşlarla, o cümlədən ABŞ prezidenti Co Baydenlə bu məsələdə fəal əməkdaşlıq edir.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti