...

ÜST-dən 65 yaşdan yuxarı insanlarla bağlı AÇIQLAMA

Dünya xəbərləri Materials 11 Noyabr 2023 09:40 (UTC +04:00)
ÜST-dən 65 yaşdan yuxarı insanlarla bağlı AÇIQLAMA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

COVID-19-un müalicəsi ilə bağlı tövsiyələrini yeniləyən Ümumdünya SəhiyyəTəşkilatı (ÜST) 65 yaşdan yuxarı insanları indiyə qədər olduğu kimi yüksək risk deyil, artıq orta risk kateqoriyasına aid edir.

Trend xəbər verir ki, bu barədə ÜST-ün Cenevrədəki mənzil-qərargahından məlumat verilib.

“COVID-19 virusunun hazırkı variantları, bir qayda olaraq, daha az ağır xəstəliyə səbəb olur. İmmunitetin səviyyəsi isə peyvənd səbəbindən daha yüksəkdir ki, nəticədə bu da əksər xəstələr üçün ağır xəstəlik və ölüm riskinin azalmasına gətirib çıxarır”, - deyə qurumdan bildirilib.

Bəyanatda deyilir ki, hazırda orta risk kateqoriyasına əvvəllər yüksək risk qrupunda olan insanlar, o cümlədən 65 yaşdan yuxarı şəxslər, həmçinin xroniki xəstəlikləri, əlilliyi və əsas xroniki xəstəlikləri olan şəxslər daxil edilib. Söhbət piylənmə, şəkərli diabet, həmçinin xroniki xəstəliklər, o cümlədən böyrək, qaraciyər, xərçəng xəstəliklərindən gedir. Bu qrupdakı xəstələrin xəstəxanaya yerləşdirilməsi ilə bağlı təxmin edilən nisbət 3% təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti